25 Sentyabr 2024 / 05:51

DİN: CİNAYƏT TÖRƏTMƏKDƏ ŞÜBHƏLİ BİLİNƏN 24 NƏFƏR SAXLANILIB

Sentyabrın 24-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 141, o cümlədən borclu şəxs qismində axtarışda olan 100 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!