Əsas məzmuna keç

Donald Trampın FES rəhbəri vəzifəsinə namizədi Kevindir

ABŞ prezidenti Donald Tramp Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassetti və ya Federal Ehtiyat İdarə Heyətinin keçmiş üzvü Kevin Uorşu Federal Ehtiyat Sisteminin (FES) sədri vəzifəsinə təyin etməyi düşünür.

Tezadlar.az  xəbər verir ki, bu barədə ABŞ prezidenti “The Wall Street Journal” qəzetinə müsahibəsində deyib.

“Düşünürəm ki, (namizədlər siyahısında) ilk yerləri Kevin (Uorş) və Kevin (Hassett) tutur. Hər iki Kevin əladır”, – deyə Tramp bildirib və qeyd edib ki, hələ də “bir neçə əla” namizəd var.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…