25 Dekabr 2024 / 10:33

DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ SUMQAYITDA VƏTƏNDAŞLARI QƏBUL EDƏCƏK

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dekabrın 26-da Sumqayıt şəhəri, Abşeron, Xızı, Zəngilan və Qubadlı rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Tezadlar.az xəbər verir ki, qəbul saat 11:00-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində (ünvan: 9-cu mikrorayon, Heydər Əliyev Parkı) keçiriləcəkdir.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinə (əlaqə vasitələri: (018) 654 00 40, (070) 275 88 33, dk-sumqayit@scara.gov.az, chairman@scara.gov.az) müraciət etmələri xahiş olunur.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!