Dövlət Turizm Agentliyində həbslər başladı- YENİLƏNİR

Gözlənildiyi kimi, Dövlət Turizm Agentliyinin istintaqa cəlb olunmuş əməkdaşlarından birinin də kimliyi məlum oldu. Tezadlar.az xatırladır ki, Dövlət Təhlükəsizliyi Xidməti martın 4-də Agentliyin Aparat əməkdaşı Nicat Hüseynovu şübhəli şəxs kimi tutub və məhkəmə qarşısına çıxarılaraq Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. O, xidməti fəaliyyət zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunur.

Daha əvvəl qeyd edildiyi kimi, Azərbaycan Prezidentinin Sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib.  Agentliyin bir sıra vəzifəli şəxsləri, o cümlədən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifələrindən uzaqlaşdırılıb və onlar da istintaqa cəlb edilib.

Tezadlar.az- ın əldə etdiyi məlumata görə, onların hər ikisinə, eləcə də Agentliyin sədri Fuad Nağıyevin ölkəni tərk etməsi qadağan olunmaqla, başqa yerə getməmə barədə iltizama imza atdırılıb.

A.Məmmədli

Xəbəri paylaş

18 Mart