Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


İyun ayının 17-də Dövlət Sərhəd Xidmətinin (DSX) Qazax əlahiddə sərhəd diviziyasının hərbi qulluqçusu baş çavuş Hacıyev Pərviz Azər oğlu odlu silahdan atəş açaraq intihar edib.
Bu barədə Tezadlar.az-a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, hadisənin hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi müəyyən olunub.
Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.
DSX-nin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.