Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ-ın Kaliforniya ştatında yerləşən “Ölüm vadisi” milli parkı planetin ən isti yeridir. Planetimizdə ən yüksək temperatur (56.7 selsi dərəcə) 1913-cü il iyulun 10-da məhz “Ölüm vadisi”ndə qeydə alınıb.
Antarktidada Polar Yaylasının üst hissəsində temperatur ən aşağı 92.7 ° C-də düşə bilər, bu dərəcədə temperaturun düşməsi 2010-cu ilin avqustunda qeydə alınmışdır.
Əhalisinin sayına görə dünyanın ən çox əhalisi Çinin Şanxay şəhərindədir. Onun əhalisinin sayı 24,150,000-dir.
Yalnız 842 vətəndaşı olan Vatikan şəhəri də dünyanın ən az əhalisi olan şəhəri və ən kiçik dövlət kimi tanınır.
Tokio dünyanın ən varlı şəhərlərinin sıyahısında yer alıb.
Yoxsul ölkə sayılan Konqo Demokratik Respublikasının Kinşasa şəhəri dünyanın ən yoxsul şəhəri sayılır.
Dünyanın ən hündür nöqtəsi Himalay dağlarının Everest zirvəsi hesab edilir. Zirvənin hündürlüyü 8848 metr təşkil edir.
Dünyanın ən dərin nöqtəsi olan Mariana çökəkliyi, okean səthinin təxminən 11 kilometr dərinliyindədir.
Planetimizin ən nəm yeri – Hindistanın kəndi Mausinrama sayılır. Buraya hər il 11.900 mm yağış alır. Bu kəndə 1985-ci ildə rekord 25.400 mm yağış düşmüşdür.
Planetimizin ən quraq yeri – Çilidəki Atakama səhrasıdır.
Arizona ştatının Yuma şəhərində günəş gündə ən azı 11 saat ortalama işıq saçır, bu da ildə təxminən 4015 saat günəş işığı deməkdir.
Dünyanın ən qədim şəhərinin tərifi çoxsaylı mübahisələrin yaranmasına səbəb olan bir mövzudur. Suriyanın paytaxtı Dəməşq şəhəri dünyanın ən qədim daimi məskunlaşmış şəhəridir. Şəhərin yaşı təqribi olaraq 4000 ildən 10 000 ilə qədər qiymətləndirilir.
Cənubi Sudan 2011-ci ildə müstəqil dövlət olaraq tanındı. Buna görə dünyanın ən gənc dövləti Cənubu Sudan sayılır.
London – beynəlxalq turizm mərkəzinin adını qazanıb. 18 milyondan çox turist hər il 19 milyard dollar məbləğində Britaniya xəzinəsini zənginləşdirir.
BBC-nin sorğusuna əsasən, Almaniya – dünyada 59% müsbət rəy alaraq siyahıda birinci sıradadır.
San Pedro Sulada (Honduras) gündə ortalama üç qətl baş verir. Bu şəhərin küçələrində yüksək cinayət dərəcəsi narkotik və silah ticarətinin ən böyük mərkəzi olması ilə bağlıdır.
İsveçlilər ən çox kofe qəbul edən millət olaraq tanınır. Sakinləri hər gün 388 mq kafein qebul edir.
Niderlandın Qroninqen şəhərinin sakinləri nəqliyyat vasitəsi kimi ən çox velosipeddən istifadə edir. Əhalinin yarıdan çoxu iki təkərli nəqliyyat vasitəsinə “ən yaxşı nəqliyyat vasitəsi” kimi üstünlük verir.
ABŞ evlərində ev heyvanı kimi yaşayan pişiklərin sayı 76,43 milyona bərabərdir. ABŞ-pişik sevər ölkə kimi liderdir.
Dünyanın ən sakit və firavan ölkəsi Norveç hesab edilir.
Hazırladı: RÖVŞANƏ