6 İyun 2026 / 07:40

DÜNYANIN ƏN BÖYÜK FOND BAZARLARI: müsəlmanların geridə qalması səbəbləri!

…Fond bazarının (birjanın) ümumi dəyəri ölkənin iqtisadi gücünü, özəl sektorunun inkişaf səviyyəsini, innovasiya potensialını və investisiya cəlbetmə qabiliyyətini göstərən ən vacib göstəricilərdən biridir.
2026-cı ilin iyun ayına görə dünyanın ən böyük fond bazarları:
🔹 ABŞ – 77,3 trilyon dollar
🔹 Çin – 11,0 trilyon dollar
🔹 Yaponiya – 7,4 trilyon dollar
🔹 Böyük Britaniya – 4,7 trilyon dollar
🔹 Cənubi Koreya – 4,3 trilyon dollar
🔹 Kanada – 4,1 trilyon dollar
🔹 Tayvan – 4,1 trilyon dollar
🔹 Hindistan – 4,0 trilyon dollar
🔹 Fransa – 3,1 trilyon dollar
🔹 İsveçrə – 3,0 trilyon dollar
🔹 Almaniya – 3,0 trilyon dollar
🔹 Səudiyyə Ərəbistanı – 2,6 trilyon dollar
🔹 Avstraliya – 2,0 trilyon dollar
🔹 Niderland – 1,9 trilyon dollar
🔹 İspaniya – 1,3 trilyon dollar
🔹 İsveç – 1,3 trilyon dollar
🔹 İtaliya – 1,2 trilyon dollar
🔹 İrlandiya – 1,2 trilyon dollar
🔹 Honq Konq – 1,2 trilyon dollar
🔹 BƏƏ – 967 milyard dollar
🔹 Braziliya – 940 milyard dollar
🔹 Sinqapur – 733 milyard dollar
🔹 Danimarka – 608 milyard dollar
🔹 İsrail – 601 milyard dollar
🔹 Meksika – 557 milyard dollar
📌 Türkiyə: təxminən 350–400 milyard dollar
📌 Azərbaycan: beynəlxalq müqayisələrdə hələ ki, çox kiçik bazara malikdir və dünyanın aparıcı fond bazarları siyahısında yer almır.
❗ Maraqlı məqam odur ki, dünyanın ən böyük iqtisadiyyatları ilə ən böyük fond bazarları arasında güclü əlaqə mövcuddur. ABŞ-ın fond bazarının dəyəri Çinin fond bazarından təxminən 7 dəfə, Azərbaycanın ÜDM-indən isə yüzlərlə dəfə böyükdür.
Nəyə görə fond bazarı vacibdir?
✅ Şirkətlərə ucuz maliyyə vəsaiti cəlb etməyə imkan verir. (Azərbaycanda faizlər normal inkişaf edən ölkələrdən 10 dəfə çoxdur)
✅ Startapların və innovativ şirkətlərin inkişafını sürətləndirir.(Azərbaycanda yox dərəcəsindədir)
✅ Əhalinin yığımlarını iqtisadiyyata yönəldir.(Qərb ölkələri ilə müqayisədə dəfələrlə zəifdir, 2015-ci ilin devalvasiyası depozit bazarını alt-üst elədi)
✅ Xarici investorları cəlb edir. (Son vaxtlar əks proses gedir, pulun ölkədən qovulması siyasəti aparılır, daxili dövriyyə sürətlə boşalır, ölkədən çıxan pulların həcmi xarici investisiyaları bir neçə dəfə qabaqlayır)
✅ Pensiya fondlarının və investisiya fondlarının formalaşmasına şərait yaradır.(Real pensiya aktivləri dövlət tərəfindən vergi kimi istifadə olunur, dövriyyəyə real pensiya aktivləri sıfırların, halbu ki, bu məbləğ təqribən 35-40 milyard manat təşkil etməli idi- müqayisə üçün əsas kapitaal qoyuluşların həcmi cəmi 21 milyard manat təşkil edir. Yalnız pensiya aktivləri hesabına kapital qoyuluşlarının həcmini üç dəfə artırmaq olardı)
Əslində XXI əsrin iqtisadi mübarizəsi təkcə məhsul istehsalı uğrunda deyil, həm də kapital uğrundadır. Kapital isə əsasən fond bazarlarında toplanır.
Müsəlman ölkələri niyə geri qalırlar?
57 üzvü olan Organisation of Islamic Cooperation ölkələrindən yalnız Səudiyyə Ərəbistanı və BƏƏ ilk 25-likdədir.
Bunun əsas səbəbləri:
▪️ dövlət sektorunun üstün mövqeyi;
▪️ neft və xammal gəlirlərindən asılılıq;
▪️ pensiya fondlarının zəif inkişafı;
▪️ innovasiya və yüksək texnologiya şirkətlərinin azlığı;
▪️ investorların hüquqlarının zəif qorunması;
▪️ maliyyə savadlılığının aşağı səviyyəsi;
▪️ səhmlərə investisiya mədəniyyətinin zəif inkişaf etməsi.
* Pula, faizə alverçi gözü ilə baxılması, puldan gələn gəlirin haram kimi qiymətləndirilməsi.
Buna görə də müsəlman ölkələri və vətəndaşları bütün imkanlarını normal bazar olan ölkələrə çıxarır, müsəlman ölkələrində isə böyük pul qıtlığı hiss olunur. 57 müsəlman ölkəsinin birgə fond bazarı təqribən Cənubi Koreya, yaxud Yaponiya qədər deyil .
Maraqlıdır ki, əhalisi cəmi 10 milyon nəfər olan İsrailin fond bazarı təxminən 600 milyard dollar, əhalisi 90 milyondan çox olan Türkiyənin fond bazarı isə təxminən 350–400 milyard dollar təşkil edir. Bu da göstərir ki, fond bazarının ölçüsünü əhali sayı deyil, innovasiya, texnologiya, korporativ idarəetmə və investor etimadı müəyyən edir.
Azərbaycan üçün strateji vəzifələrdən biri güclü kapital bazarının yaradılmasıdır. SOCAR, iri dövlət şirkətləri, texnologiya şirkətləri və gələcək pensiya fondları birja vasitəsilə iqtisadiyyata yeni nəfəs verə bilər.

Mənbə: CompaniesMarketCap, iyun 2026.

Saleh Məmmədov,
Professor
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!