Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran mediası tərəfindən yayımlanan video ABŞ-da həyəcan təbili çalıb.
Tezadlar.az xəbər verir ki, videoda ABŞ prezidenti Trampın həyat yoldaşı Melaniya və oğlu Barrona qarşı sui-qəsd təhdidləri yer alır. Melaniya Trampın alış-veriş vərdişləri və kod adı kimi detallar verilib.
“Melaniya Tramp necə öldürülə bilər?” İran İnqilab Keşikçiləri ilə əlaqəli Tasnim xəbər agentliyi ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya və oğlu Barron haqqında təhdid videosu paylaşıb. Video dərhal mübahisələrə səbəb olub.
Videoda Melaniya Trampın təhlükəsizlik qrupunun necə fəaliyyət göstərdiyi və ona təyin olunmuş təhlükəsizlik kod adı ətraflı şəkildə göstərilir. Melaniya Trampın tez-tez ziyarət etdiyi lüks moda mağazaları ABŞ-ın birinci xanımına hücum üçün potensial hədəflər kimi göstərilir.
“Melaniya xüsusilə Nyu-Yorkda Manhettenin Beşinci prospektindəki Bergdorf Goodman və Saks Fifth Avenue kimi lüks mağazalar şəbəkəsini sevir. Bu yerlər dünya azadlıq döyüşçülərinin əməliyyatları üçün uyğun ola bilər.”
“MELANİYANIN GEYİM SİFARİŞLƏRİNƏ ZƏHƏR YERLƏŞDİRİLƏ BİLƏR”
Təhdid videosunda həmçinin Melaniya Trampın geyimləri internetdən aldığı və bu sifarişlərin paltarlara sinir qazı yerləşdirmək üçün sızdırıla biləcəyi və beləliklə, sui-qəsdə cəhd edilə biləcəyi bildirilir.
Melaniya Trampın moda məsləhətçilərinin də adının çəkildiyi videoda, bu şəxslərin sui-qəsdi həyata keçirmək üçün külli miqdarda pul rüşvət ala biləcəyi ehtimal edilir.

“BARRON TRAMP, BİZİ GÖZLƏ”
Video “Bu, yalnız başlanğıcdır, Barron Tramp, bizi gözlə” ifadəsi ilə yekunlaşır.
Qeyd edək ki, son zamanlar ABŞ prezidenti Donald Trampa və ailəsinə qarşı sui-qəsd təhdidləri artmaqdadır. İsrail İranın Trampa qarşı sui-qəsd planı hazırladığını iddia edib və bunu Vaşinqtonla bölüşüb.
Bu sui-qəsd iddiaları ilə bağlı soruşulduqda, Donald Tramp “Mən daim təhdid altındayam. Onların siyahısında birinci yerdəyəm” deyib.
ELBAR