Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq rəhbəri Əkrəm İmamoğluya qarşı “dövlət məmurunu vəzifəsinə görə təhqir etmək” ittihamı ilə açılmış cinayət işi məhkəmə başlamazdan əvvəl rədd edilib.
Tezadlar.az xəbər verir ki, İstanbul 27-ci Asliye Cəza Məhkəməsində keçirilən ilkin iclasda işin Türkiyə Cəza Məcəlləsinin 75-ci maddəsi əsasında ləğv olunduğu bildirilib.
Prokurorluq İmamoğlunun bu davranışları ilə dövlət məmurunun şərəf və ləyaqətini alçaltdığını və bu ifadələrin müdafiə hüququ çərçivəsini aşdığını iddia edirdi. Bu səbəbdən ona qarşı doqquz aydan dörd il bir aya qədər həbs, eləcə də, müəyyən hüquqlardan məhrumetmə cəzası istənilmişdi.