Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Energetika naziri Pərviz Şahbazov Xaçmaz şəhərində vətəndaşlarla görüşüb.
Energetika Nazirliyindən Tezadlar.az-a bildirilib ki, nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə vətəndaşların enerji təchizatı, elektrik enerjisi verilişində fasilələrin yaranması, qaz təchizatı, təbii qazdan istifadəyə görə borc və cərimələrin yaranması, elektrik qurğu və avadanlıqlarının mühafizə zonası və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Görüşdə Xaçmaz rayonu ilə yanaşı Bakı, Sumqayıt şəhərləri, Abşeron, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan 13 vətəndaş iştirak edib.
R.XUDATQIZI