Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın ölkənin enerji sektoruna hücum təhdidlərinin müharibə cinayətlərinin etirafı olduğunu bildirib və dərhal qınanmasını tələb edib.
Tezadlar.az “RİA Novosti”yə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi Rusiyanın xarici işlər naziri Sergey Lavrovla söhbətində bildirib ki, ABŞ-ın İranın enerji obyektlərinə zərbə endirmək təhdidləri Vaşinqton tərəfindən “müharibə cinayətlərinin etirafı” deməkdir.
Əraqçinin sözlərinə görə, ABŞ rəsmilərinin bu cür açıqlamaları birbaşa beynəlxalq hüququ pozmağa hazır olduqlarını nümayiş etdirir.
Nazir vurğulayıb ki, hərbi əməliyyatların başlanğıcından bəri ABŞ İranın sənaye, enerji, təhsil, tibb və nüvə infrastrukturunu hədəfə alıb. O, BMT Təhlükəsizlik Şurasını və MAQATE-ni bu hərəkətləri dərhal qiymətləndirməyə və ABŞ-ın İran obyektlərinə hücumlarını qınamağa çağırıb.
İran Xarici İşlər Nazirliyinin Telegram kanalında dərc olunmuş bəyanatda bildirilir ki, ABŞ-ın bu cür hərəkətləri qlobal təhlükəsizlik üçün təhlükəli bir presedent yaradır. İran Vaşinqtonun hərəkətlərinin regionda münaqişənin daha da şiddətlənməsinə səbəb ola biləcəyindən narahatlığını bildirir.
“Vzglyad” qəzetinin verdiyi məlumata görə, Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Abbas Araqçi telefon danışığı apararaq Buşehr Atom Elektrik Stansiyası ətrafındakı vəziyyətdən narahatlıqlarını bildiriblər. İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Buşehr Atom Elektrik Stansiyasının atəşə tutulmasının nəticələri Fars körfəzi ölkələrinin paytaxtlarında həyatın məhvinə səbəb ola bilər.
E.ŞİRİNOV