Əsas məzmuna keç

Əraqçi: İsrail sazişin icrasına ən böyük maneədir

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İsrail Tehranla qarşı tərəf arasında əldə edilən razılaşmanın icrasına ən böyük maneədir.

Tezadlar.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin Telegram hesabındakı paylaşıma görə, Əraqçi bu sözləri ölkə üzrə təhsil şöbələri rəhbərlərinin 39-cu iclasında müharibədən sonrakı diplomatik prosesi qiymətləndirərkən çıxışı zamanı deyib.

Əraqçi Tehranla qarşı tərəf arasında əldə edilən razılaşmanın İranın maraqlarına uyğun olduğunu və ABŞ-ın iki həftədən az müddət sonra razılaşmanı pozmağa başladığını bildirib. O, əlavə edib ki, “İsrail bu razılaşmanın icrasına ən böyük rəqib və maneədir”.

Diplomatik uğurun onun və ya Xarici İşlər Nazirliyinin uğuru olmadığını bildirən Əraqçi deyib: “Bu, İran xalqının qələbəsi idi. Bu, müharibə zamanı düşməni İranın tələblərini qəbul etməyə məcbur edən müqavimətin nəticəsi idi”.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…