16 Avqust 2024 / 10:58

ERMƏNİSTAN TARİX DƏRSLİKLƏRİNDƏ RUSİYAYA AİD DİLƏ YENİDƏN BAXACAQ

Erməni məktəbliləri üçün tarix dərsliklərində “Şərqi Ermənistanın Rusiya tərəfindən ilhaqı” ilə bağlı qalmaqallı ifadələrə yenidən baxılacaq.

Tezadlar.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə respublikanın Təhsil və Elm Nazirliyi məlumat yayıb.

Şöbədən bildirilib ki, dərsliyin müəllifləri yaxın vaxtlarda dərslikdə müvafiq fəslin adının redaktə edilməsini təklif ediblər.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi “erməni məktəblərinin səkkizinci sinfi üçün tarix dərsliyinin son dərəcə şübhəli məzmunu”na cavab verərək, 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsinin Şərqi Ermənistanın ilhaqı kimi şərhinin “həyasızcasına yenidən yazmaq cəhdi olduğunu” bildirmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!