Əsas məzmuna keç

Ermənistan Paşinyan, Tramp və Əliyevin ABŞ-da gözlənilən görüşünü təsdiqləyib

Ermənistan hökuməti Vaşinqtonda Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ prezidenti Donald Tramp və Azərbaycan prezidenti İlham Əliyev arasında gözlənilən görüş barədə məlumatı təsdiqləyib.

Tezadlar.az xəbər verir ki, Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti qeyd edib ki, Paşinyan avqustun 7-8-də ABŞ-a səfər edəcək.

“Baş nazir Paşinyan Vaşinqtonda ABŞ prezidenti Donald Trampla ikitərəfli görüş keçirəcək… o cümlədən ABŞ prezidenti Donald Tramp və Azərbaycan prezidenti İlham Əliyevlə üçtərəfli görüş keçirəcək”, – məlumatda deyilir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…