Əsas məzmuna keç

Ermənistanda Tramp- Əliyev- Paşinyan görüşünə ölkənin xilası kimi baxırlar

Ararat Mirzoyan Vaşinqtondan bunları gözləyir: “Ermənistan Respublikası naminə. İndiki və gələcək naminə!”. Beş illik fasilədən və gözləntilərdən sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan öz Facebook səhifəsində beıə yazıb:
“Ermənistan Respublikası naminə. İndiki və gələcək naminə. Sizin gələcəyiniz üçün, uşaqlar”, – Mirzoyan yazıb.
Ermənistanın rəsmi mətbuatı da yazır ki, Baş nazir Paşinyan bu gün Vaşinqtonda Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi məqsədilə ABŞ prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə üçtərəfli  görüş keçirəcək, həmçinin “regionda sülh, firavanlıq və iqtisadi əməkdaşlığı təşviq etmək üçün” ABŞ prezidenti Donald Tramp və Azərbaycan prezidenti İlham Əliyevlə üçtərəfli görüşdə əlindən gələni edəcək.

Tezadlar.az onu da əlavə edir ki, Ermənistanın ağıllı və ölkəsinin gələcəyini düşünən siyasətçiləri də oxşar paylaşımlarla əhalini sülh sazişinə kökləməkdədirlər.

A.Məmmədli

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…