Əsas məzmuna keç

Estoniya Rusiya ilə sərhəddə tərk edilmiş avtomobilləri satacaq

Estoniya hakimiyyəti oktyabr ayından etibarən Rusiya sərhədindəki Koidula keçid məntəqəsində tərk edilmiş avtomobilləri satmağa başlayacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə ERR məlumat yayıb.

Avtomobil icazə verilən üç gündən çox park edilərsə, tədbir tətbiq ediləcək.

“Əgər sahibi 30 gün ərzində avtomobil üzərində hüquqlarını bəyan etməsə, onlara ikinci xəbərdarlıq göndəriləcək. Xəbərdarlığa məhəl qoyulmasa, avtomobil hərraca çıxarıla bilər”, – Estoniya Nəqliyyat Departamentinin nəzarət şöbəsinin rəhbəri Siim Yaksi bildirib.

Rusiya ilə həmsərhəd olan Aİ ölkələri uzun müddətdir ki, rus avtomobillərinin ölkəyə girişinə qadağa qoyub. Məsələn, 2024-cü ilin fevralında Latviya Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişinə qadağa qoyub. Yenidən qeydiyyatdan keçmək üçün vətəndaşlara üç ay vaxt verilib. Estoniyada Rusiya dövlət nömrə nişanlı avtomobillərin sahibləri 400 avro cərimə ilə hədələnib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…