Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 May 2025 / 12:56

Finlandiya bir il ərzində Rusiya ilə sərhəddə hasarın dörddə birindən azını tikib

Finlandiya bir il ərzində Rusiya ilə sərhəddə 200 kilometrlik hasarın dörddə birindən azını tikə bildi.

Tezadlar.az xəbər verir ki, bu barədə Finlandiya Sərhəd Mühafizəsinə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, 4,5 m hündürlüyündə hasarın tamamlanmış hissəsinin uzunluğu 35 km-dir – planlaşdırılan layihənin 17,5%-i. Finlandiya hakimiyyəti 2023-cü ildə 3 km-lik sınaq sahəsini tikdikdən sonra 2024-cü ilin qışında Rusiya ilə sərhəddə hasar çəkməyə başlayıb. Sərhəd xidməti tikintinin 2026-cı ildə başa çatacağını gözlədiklərini bildirib.

Bundan əvvəl “Yle” xəbər agentliyi məlumat vermişdi ki, süni intellekt texnologiyası ilə təchiz edilmiş kameralar sərhəddə vəziyyətə nəzarət etmək üçün istifadə olunacaq və bununla da sərhəd zonasına yaxınlaşan insanları ayırd etmək mümkün olacaq.

2022-ci ilin iyununda Finlandiyanın Daxili İşlər Nazirliyi ölkəni “hibrid təhlükələrlə” mübarizəyə hazırlamaq üçün hökumətin Rusiya ilə sərhəd ərazilərdə maneələr quraşdırmaq planlarını açıqlayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!