26 Noyabr 2025 / 12:01

Fon der Leyen dondurulmuş Rusiya aktivlərinin müsadirəsini Rubio ilə müzakirə etmək niyyətindədir

Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen ABŞ dövlət katibi Marko Rubio ilə “könüllülərin koalisiyası” videokonfransda dondurulmuş Rusiya aktivlərinin müsadirəsini müzakirə etmək niyyətində olduğunu bildirib.

Tezadlar.az bildirir ki, bu barədə AK-nın saytında məlumat verilib. O, Rubionun videokonfransda iştirakını alqışlayıb.

AK rəhbəri qeyd edib ki, “Əsas məsələ Ukraynanın maliyyələşdirilməsidir, o cümlədən dondurulmuş Rusiya suveren aktivləri vasitəsilə”.

Daha əvvəl Fransa prezidenti Emmanuel Makron “könüllülər koalisiyası”nın iclasından sonra Avropa Birliyi (AB) üzv dövlətlərinin yaxın günlərdə dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlı qərar verəcəklərini açıqlamışdı. 25 noyabr səhəri “Politico” bəzi AB diplomatlarının ABŞ-ın sülh planı səbəbindən Rusiya aktivləri hesabına Ukraynaya kredit verilməsi ideyasının uğursuzluğa düçar olacağından qorxduğunu bildirib.

Söhbət AB liderlərinin 140 milyard avro istifadə etməyi planlaşdırdığı “təzminat krediti”ndən gedir. Belçikanın etirazları səbəbindən ideya təxirə salındı.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!