Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bir vaxtlar seçicilər tərəfindən nüfuzlu siyasi xadim kimi qəbul edilən Fransa prezidenti Emmanuel Makrona indi hər dörd fransızdan yalnız biri etibar edir.
Tezadlar.az “Politico” istinadən xəbər verir ki, bunu Parisdəki “Sciences Po” Siyasi Araşdırmalar Mərkəzinin analitiki Bruno Kotre deyib.
“Narazılıq böyükdür və bu, təkcə Milli Ralli və Əzilməmiş Fransa tərəfdarları arasında deyil. Ümumilikdə belə bir fikir var ki, fransız demokratiyası səmərəsizdir”, – Kotre deyib.
Politoloq “Sciences Po”nun apardığı araşdırmanın məlumatlarını belə şərh edib və nəticədə, fransızların yalnız 28 faizi öz ölkələrində demokratiyanın yaxşı işlədiyinə inanır. Bu göstəricinin İtaliya, Almaniya və Hollandiya ilə müqayisədə xeyli aşağı olduğu qeyd edilir.
Kotrenin sözlərinə görə, seçicilər Makronun yaxınlaşmaqda olan parlament böhranının qarşısını ala biləcəyinə və ya Ukraynadakı münaqişə ilə bağlı qəti addımlar atacağına inanmır. Fransızlar da prezidentin ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi ticarət tariflərinə qəti şəkildə cavab verə biləcəyinə inanmırlar.
Bundan əvvəl məlum olub ki, fransızların 60 faizindən çoxu Makronun əsas rəqibi, sağçı Milli Mitinq partiyasının parlamentdəki fraksiyasının lideri Marin Le Penə verilən hökmü əsassız hesab edib.
ELBAR