5 Noyabr 2025 / 14:29

Generala qarşı terror aktında təqsirləndirilən şəxs günahını boynuna alıb

Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi, rusiyalı general İqor Kirillova qarşı terror aktında təqsirləndirilən Əhmədjon Kurbonov günahını boynuna alıb.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Kurbonov günahını tam etiraf edib və əməllərindən peşman olduğunu bildirib.

Xatırladaq ki, general Kirillov və köməkçisi 17 dekabr 2024-cü il tarixində səhər tezdən vəfat ediblər. Bomba onlar Ryazan prospektindəki binadan maşınlarından çıxarkən partladılıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!