23 Avqust 2024 / 12:44

GÖMRÜK XİDMƏTİ RƏHBƏRİNİN MÜAVİNİNİN HƏBS MÜDDƏTİ UZADILDI

Moskvanın Basmannı Məhkəməsi vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilən Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini Yelena Yaqodkinanın həbs müddətini daha üç ay uzadıb.

Tezadlar.az bildirir ki, bu barədə TASS-ın müxbiri məhkəmə zalından xəbər verir.

“İstintaqın Yaqodkinanın həbs qətimkan tədbirinin üç ay müddətinə uzadılması ilə bağlı vəsatətini təmin edilsin”, – deyə hakim qərar elan edib.

Basmannı Məhkəməsi Yaqodkinanı martın 27-də həbs edib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 286-cı maddəsinin 3-cü hissəsinin “c” bəndi (vəzifə səlahiyyətlərini aşma) ilə ittiham olunub.

İstintaqın məlumatına görə, Rusiya Federasiyası Federal Gömrük Xidmətinin gəlirlər və tariflərin tənzimlənməsi baş idarəsinin rəisi vəzifəsini tutan Yaqodkina 2018-2019-cu illərdə iki şirkətin maraqları naminə aksiz markaları üzrə öhdəliklərin verilməsini və icra müddətinin qanunsuz olaraq uzadılmasını təmin edib. Onlar markalardan saxta alkoqollu məhsulların satışı üçün istifadə ediblər ki, bu da 1 milyard 228 milyon rubl məbləğində vergi və rüsumların ödənilməməsi ilə nəticələnib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!