Əsas məzmuna keç

Gürcüstan vətəndaşı rusların əlinə keçdi

Rusiya işğalçı qüvvələrinin nümayəndələri Kareli bələdiyyəsinin Dirbi kəndi yaxınlığında işğal altındakı ərazidə iki Gürcüstan vətəndaşını qanunsuz həbs ediblər. Tezadlar.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. DTX-dən verilən məlumata görə, faktla bağlı dərhal “qaynar xətt” işə salınıb, Avropa İttifaqının monitorinq missiyasına və Cenevrə beynəlxalq müzakirələrinin həmsədrlərinə məlumat verilib. Bildirilir ki, qanunsuz olaraq həbs edilən vətəndaşların azad edilməsi istiqamətində bütün mövcud mexanizmlərdən istifadə edilir. Baş verənlərin məsuliyyəti isə tamamilə işğalçı rejimin üzərinə düşür.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…