14 Aprel 2025 / 20:48

Gürcüstanın Azərbaycana 775 milyon dollarlıq kredit borcu var, amma…

Qonşunun qonşuya əl tutmağı yaxşı əlamətdir, amma qonşu da gərək borcunu qaytarmaq barədə unutqanlıq etməsin…

Sözümüzün mətləbi: tezadlar.az rəsmi qaynaqlara istinadla bildirir ki, Azərbaycan hökuməti Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində 2011-ci ildə Gürcüstana Tranş A üzrə illik dərəcəsi 1% olmaqla və uzadılma imkanı ilə 25 il müddətinə 200 milyon ABŞ dolları, Tranş B üzrə isə illik dərəcəsi 5% olmaqla və uzadılma imkanı ilə 25 il müddətinə 575 milyon ABŞ dolları həcmində kredit ayırıb. Bununla da Azərbaycan Gürcüstana 775 milyon ABŞ dolları miqdarında  kredit verib.

Olsun! Bəs görəsən indiyədək Gürcüstan bu kreditin nə qədər faizini qaytara bilib? Çünki az qala kredit müddətinin yarısı gedib, qalır 11 ildən sinra kreditin tam olaraq özünü qaytarmaq. Gürcüstanın hazırkı iqtisadi durumu isə 775 milyon dollar kreditin qaytarılmasının mümkünlüyünə inamı azaldır.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!