Əsas məzmuna keç

Gürcüstanın baş naziri ölkədəki seçkilərin nəticələrini açıqlayıb

Ölkənin bütün bələdiyyələrində keçirilən seçkilərdə hakim “Gürcü arzusu” partiyasının namizədləri qalib gəlir.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri İrakli Kobaxidze bildirib.

“Seçki qərargahımızın məlumatlarına görə, “Gürcü arzusu” bütün bələdiyyələrdə həm mer, həm də parlament seçkilərində inamla qalib gəlir”, – baş nazir bildirib.

O əlavə edib ki, hakim partiya bütün bələdiyyələrdə səslərin 70 faizindən çoxunu qazanıb.

Kobaxidze daha əvvəl bəyan etmişdi ki, 2014-cü ildə Ukraynada keçirilən Maydan etirazları xarici kəşfiyyat xidmətləri tərəfindən maliyyələşdirilib. O əlavə edib ki, Gürcüstandakı etiraz aksiyaları da xarici kəşfiyyat xidmətləri tərəfindən maliyyələşdirilib, lakin hakimiyyət analoji ssenarinin ölkədə baş verməsinə imkan verməyəcək.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…