Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 İyul 2024 / 09:10

HƏŞTƏRXAN VİLAYƏTİ ÜZƏRINDƏ ÜÇ, BELQOROD VİLAYƏTİ ÜZƏRİNDƏ İSƏ BİR PUA VURULUB

Rusiya Hava Hücumundan Müdafiə sistemləri Həştərxan vilayəti üzərində üç, Belqorod vilayəti üzərində isə bir Ukrayna pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“İyulun 9-da, Moskva vaxtı ilə saat 10:30-da Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Həştərxan vilayəti ərazisi üzərində Ukraynanın üç pilotsuz uçuş aparatını və Belqorod vilayəti ərazisi üzərində bir PUA-nı məhv edib”, – məlumatda deyilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!