Əsas məzmuna keç

HACIQABULDA AVTOMOBİL YOLUNUN TİKİNTİSİNİN BAŞA ÇATDIRILMASI ÜÇÜN 12 MİLYON MANAT AYRILIB

Prezident İlham Əliyev “Hacıqabul rayonunun Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Tezadlar.az xəbər verir ki, Sərəncama əsasən, 12 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 12 milyon manat ayrılıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…