Əsas məzmuna keç

Hakim erməni arxiyepiskopa hökm oxudu – 2 il həbs

Erməni apostol kilsəsinin Şirak yeparxiyasının başçısı arxiyepiskop Mikael Acapaxyan iki il müddətinə azadlıqdan məhrum edilib.

“Təzadlar” Ermənistan mediasına istinadən xəbər verir ki, hökmü hakim Armine Meliksetyan çıxarıb.

Daha əvvəl prokuror Arman Baqdasaryan Şirak yeparxiyasının başçısının həbsdə keçirdiyi müddət çıxılmaqla 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.

M.Acapaxyan bu ilin iyun ayından istintaq təcridxanasındadır. Onun vəkilləri bir ay ərzində məhkəmənin qərarından apellyasiya şikayəti verə bilərlər.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…