Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Akop Manukyan bütün ermənilərin katolikosu II Qareginin işi üzrə məhkəmə prosesinə hakimlik etməkdən imtina etdiyini açıqlayıb.
Tezadlar.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə vəkil Ara Zoqrabyan bildirib.
“Hakim Akop Manukyan bu işə baxmaqdan imtina edib”, – vəkil deyib.
Ermənistanda bütün ermənilərin katolikosu II Qaregin və altı yepiskopa qarşı iş üzrə birinci məhkəmə iclası başlayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
İclas qapalı rejimdə keçiriləcək.
Ümumi yurisdiksiya məhkəməsinin hakimi Akop Manukyan qərara alıb ki, iclas qapalı rejimdə davam edəcək. Onun sözlərinə görə, məhkəmə şəxsi həyatla bağlı məsələni müzakirə etmək niyyətindədir, buna görə də bunun kənar şəxslərin iştirakı olmadan baş tutmasını məqsədəuyğun hesab edir.
Qeyd olunur ki, katolikos iclasda şəxsən iştirak etmək qərarına gəlib və altı yepiskopun müşayiəti ilə məhkəmə binasına gəlib.