Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Biz heç kimə qara pullardan, qeyri-şəffaf maliyyədən istifadə edərək Gürcüstanda inqilablar törətməyə icazə verməyəcəyik”. Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, bunu Baş nazir İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib. O, ABŞ səfirliyinin də iştirakı ilə son dörd il ərzində Gürcüstanda dörd inqilab cəhdi olduğunuq qeyd edib. Sitat: “O vaxt tamamilə yalan bəyanatlar verilirdi ki, guya Qərbdən maliyyə formasında pis heç nə gəlmir. Qərb özü də etiraf etdi ki, inqilabi ssenarinin həyata keçirilməsi üçün USAİD, NED, IDI və digər fondlardan istifadə olunub. Tramp administrasiyası bu təşkilatların maliyyəsinin müxtəlif ölkələrdə inqilabları qızışdırmaq üçün istifadə edildiyini bildirib. Bundan sonra, yadınızdadır, İlon Mask bir video yayımladı, orada “USAID” və “NED”in müxtəlif ölkələrdə inqilabların təşkilinə necə kömək etdiyi Gürcüstan nümunəsində göstərildi. Hamımız bilirik ki, son dörd il ərzində USAID, Ned və keçmiş Amerika səfirinin birbaşa iştirakı ilə Gürcüstanda dörd inqilab cəhd olub, ona görə də hər şey gün kimi aydındır. Biz heç kimə qara puldan, qeyri-şəffaf puldan istifadə edərək Gürcüstanda inqilablar törətməyə icazə verməyəcəyik. Onlar bunu təşkil edə bilməyəcəklər, lakin hər hansı cəhdin qarşısı da əvvəlcədən alınmalıdır”.