Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


İsrail aviasiyasının Livanın paytaxtı Beyruta endirdiyi zərbə nəticəsində Həsən Nəsrullahın ölümündən sonra Hizbullahın yeni baş katibi olan Seyid Haşim Səfiəddinin öldürüldüyü iddia olunur.
Tezadlar.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyə” telekanalı məlumat yayıb. Bildirilib ki, aviazərbə nəticəsində Haşim Səfiəddinlə birlikdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir neçə zabiti də həlak olub. Qeyd edək ki, ötən gün İsrail tərəfindən Seyid Haşim Səfiəddinə qarşı sui-qəsd cəhdi edilməsi ilə bağlı məlumat yayılmışdı. Xatırladaq ki, daha əvvəl HƏMAS lideri İsmayıl Haniyə, Hizbullah lideri Həsən Nəsrullah və SEPAH-ın komandiri Abbas Nilfuruşan İsrail tərəfindən qətlə yetiriliblər.