Əsas məzmuna keç

Hörmüz boğazında gərgin anlar! Vəziyyət qeyri-sabit olaraq qalır: Bir gəmi vuruldu…

Hörmüz boğazından keçən ticarət gəmisinə naməlum cisim dəydiyi bildirilir.

Tezadlar.az bildirir ki, məsələ ilə bağlı Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsindən (UKMTO) açıqlama verilib.

Hörmüz boğazında bir gəminin mühərrik otağına naməlum cismin dəydiyi bildirilib.

Hücumdan sonra gəmiyə dəyən ziyan və heyət üzvləri arasında itkilər barədə məlumat verilib.

Həmçinin, digər heyət üzvlərinin Oman Sahil Mühafizəsi tərəfindən xilas edildiyi bildirilib.

UKMTO bildirib ki, hakimiyyət orqanları hadisə ilə bağlı araşdırma başladıb və ərazidəki gəmilərə ehtiyatla hərəkət etməyi və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyi tövsiyə edib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…