22 Aprel 2026 / 16:50

Büdcənin funksional və iqtisadi təsnifatı üzrə xərclərin icrasına bu qədər vəsait sərf edilib

Dövlət büdcəsinin funksional təsnifatı üzrə xərclərin icrası: 2026-cı ilin I rübündə funksional təsnifata uyğun olaraq sosial müdafiə və sosial təminat xərcləri 1315,8 milyon manat, kənd təsərrüfatı xərcləri 308,7 milyon manatümumi dövlət xidmətləri xərcləri 1206,8 milyon manat, təhsil xərcləri 1013,7 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərclər 654,8 milyon manat, səhiyyə xərcləri 366,6 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 105,0 milyon manat, iqtisadi fəaliyyət xərcləri 1231,4 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 1288,5 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 47,5 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 55,1 milyon manatəsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərclər 223,2 milyon manat icra edilib.

Tezadlar.az  xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2026-cı ilin I rübü üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumatında deyilir.

Dövlət büdcəsinin iqtisadi təsnifatı üzrə xərclərin icrası: 2026-cı ilin birinci rübündə iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi xərcləri 2458,2 milyon manat, qeyri-maliyyə aktivləri 1492,1 milyon manat, malların (işlərin və xidmətlərin) satınalınması xərcləri 1143,7 milyon manat, qrantlar və digər ödənişlər 1015,3 milyon manat, sosial ödənişlər 804,1 milyon manat, subsidiyalar 320,2 milyon manat, öhdəliklər üzrə əməliyyatlar 269,5 milyon manat, faizlər üzrə ödənişlər 269,1 milyon manat, maliyyə aktivləri üzrə əməliyyatlar 38,0 milyon manat, dövlət icbari şəxsi sığorta xərcləri 6,9 milyon manat icra edilib.

2026-cı ilin I rübündə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərində illik nəzərdə tutulmuş vəsaitin 13,5 faizi həcmində və ya 365,4 milyon manat vəsait sərf olunub.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 2026-cı ilin I rübündə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 11,0 faizi həcmində və yaxud 386,2 milyon manat vəsait istifadə olunub.

Həmin vəsaitin 355,2 milyon manatı infrastruktur təyinatlı layihələrin (avtomobil yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 185,0 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılması üçün 142,2 milyon manat, turizm infrastrukturunun yaradılması və digər tədbirlərin icrası üçün 28,0 milyon manat), 10,7 milyon manatı səhiyyə və mədəniyyət yönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə, 20,3 milyon manatı isə ərazilərin minalardan təmizlənməsi üzrə xərclərə yönəldilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!