23 Sentyabr 2024 / 13:28

İSRAİL ORDUSUNUN ATƏŞİ NƏTİCƏSİNDƏ LİVANDA ÖLƏNLƏRİN SAYI 182 NƏFƏRƏ ÇATIB

İsrailin Livanın cənubundakı məskunlaşan ərazilərə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 100-dən 182-yə yüksəlib, 727 nəfər yaralanıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Respublika Səhiyyə Nazirliyinin Telegram-kanalında yerləşdirilən məlumatda deyilir.

Bildirilir ki, bir çox yaralı ağır vəziyyətdə xəstəxanalara çatdırılıb. Qurbanların sayı arta bilər. Ölən və yaralananlar arasında qadın və uşaqlar da var.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!