Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Son günlərdə amerikalılar İranla qarşıdurmada xeyli sayda qırıcı və təyyarə itiriblər.
Tezadlar.az RT-yə istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Baş Komandanının müşaviri Məhəmməd Rza Nəğdi bildirib.
“Onlar özləri deyirlər ki, “MQ dronlarımızın 25 faizini itirdik”, bu da hava hücumundan müdafiə sistemlərinə qarşı heç nə edə bilmədikləri deməkdir. Başqa sözlə, onların bütün bəyan etdikləri məqsədlər uğursuz oldu. Bilmirəm hansı qələbədən danışırlar”, – İİKK sözçüsü bildirib.
Nəğdi həmçinin bildirib ki, ABŞ-ın İranda iki məqsədi var: hökuməti devirmək və ölkəni bölmək. Onun sözlərinə görə, hər ikisi uğursuz olub.
Bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp İranla münasibətlərdə taktikanı dəyişdirmək qərarına gəlib və administrasiya rəsmilərinə bütün danışıqları dayandırmağı tapşırıb. Vaşinqton artıq müttəfiqlərinə yeni bir strategiya həyata keçirəcəyini bildirib: ABŞ artıq İranı əzmək istəmir, əksinə, onu tədricən “boğmağı” planlaşdırır.
Tramp artıq danışıqlar qrupuna Tehranla əlaqə qurmamağı tapşırıb.
ELBAR