Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiyanın Ukraynaya tammiqyaslı işğalının başlanğıcından bəri 116 ukraynalı və xarici jurnalist öldürülüb, onlardan 18-i peşə vəzifələrini yerinə yetirərkən həlak olub. Tezadlar.az Ukrayna Televiziya və Radio Yayımları üzrə Milli Şurasının məlumatına istinadla xəbər verir ki, Rusiyanın 2022-ci ilin fevral ayında Ukraynaya tammiqyaslı işğalının başlanğıcından bəri 116 jurnalist həlak olub, onlardan 18-i peşə vəzifələrini yerinə yetirərkən bu işğalın qurbanıdır. Ölənlər arasında təkcə ukraynalı deyil, həm də dünyanın Rusiya təcavüzü haqqında həqiqəti bilməsi üçün həyatlarını təhlükəyə atan xarici reportyorlar da var. Müdafiə Qüvvələrinə qoşulan ən azı 26 mülki Ukrayna media işçisi və bir jurnalist hələ də Rusiya əsirliyindədir. Jurnalistlərə qarşı bu cinayətlərə son qoyulması üçün UNESCO-nun Beynəlxalq Rabitənin İnkişafı Proqramı (IPDC) ilə Əməkdaşlıq üzrə Ukrayna Milli Komitəsi beynəlxalq tərəfdaşlara müraciət edərək, onları Rusiyanın ukraynalı jurnalistlərə qarşı bu misli görünməmiş cinayətlərinə diqqət ayırmağa və lazımi tədbirlər görməyə çağırıb.
A.Məmmədli