Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 Avqust 2026 / 11:26

İran ABŞ hərbçisinin ölüsünü və ya dirisini 30 min dollara dəyərləndirib – Hatəmi qadınlara mükafatın ikiqatını vəd edib…

İran öldürülən və ya əsir götürülən hər bir ABŞ hərbçisi üçün vətəndaşlarına 30.000 dollar ödəməyə hazırdır.

Bu barədə İran Ordusunun Baş Komandanı Əmir Hatəmi (tasnimnews.ir) bildirib.

O, əlavə edib ki, qadınlar mükafatın ikiqatını almaq hüququna malik olacaqlar.

Bundan əlavə, İran ordusu Amerika əsgərlərini öldürmək üçün istifadə edilən silahların nümayiş etdiriləcəyi bir muzey açmağı planlaşdırır. Ordu onları vətəndaşlardan bazar qiymətindən ikiqat baha qiymətə geri almağı və əvəzində yeni silahlar verməyi planlaşdırır.

Onun sözlərinə görə, ödənişlər “xalqın iştirakı və maliyyə dəstəyi ilə” həyata keçiriləcək.

Tehran, həmçinin ölkənin hücum və müdafiə qabiliyyətlərini bərpa etdiyini bəyan edir.

“Düşmənlər ordumuzun imkanları barədə açıq şəkildə yanılırdılar… Özümüzü müdafiə edərkən biz heç nə ilə məhdudlaşmırıq”, – Hatəmi deyib.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!