Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran İnqilab Keşikçiləri Korpusunun komandir müavini Yedullah Cavani müharibənin ABŞ ilə əldə edilən anlaşma memorandumuna əsasən bitməli olduğunu bildirib.
Tezadlar.az xəbər verir ki, İran dövlət televiziyasına bağlı Gənc Jurnalistlər Klubuna danışan Cavani belə deyib.
O, müharibənin ABŞ ilə anlaşma memorandumuna əsasən bitməli olduğunu vurğulayıb və əlavə edib ki, Hörmüz boğazı yalnız ABŞ razılaşma üzrə öhdəliklərini yerinə yetirdikdən sonra açılacaq.
Cəvani deyib: “Hörmüz boğazı və orada hökm sürən nizam heç vaxt müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq”.
Hörmüz boğazının gələcək statusu ilə bağlı müzakirələrə toxunan Cavani bildirib ki, onu yalnız İran və Oman arasında su yolu kimi nəzərdən keçirmək yalnız müharibənin sonu qəti şəkildə təsdiqləndikdən sonra nəzərdən keçirilə bilər.
ELBAR