Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranın İsrailin şimalını hədəf alan cavab zərbəsi zamanı raket birbaşa Hayfadakı bir binaya dəyib və nəticədə biri ağır olmaqla dörd nəfər yaralanıb
İran bu yaxınlarda Şimali İsrailə qarşı cavab zərbəsi endirib.
Tezadlar.az xəbər verir ki, İsrail təcili yardım xidmətlərinin Magen David Adom (Davidin Qırmızı Ulduzu) açıqlamasına görə, İran raketinin Hayfadakı bir binaya birbaşa dəyməsi nəticəsində biri ağır olmaqla dörd nəfər yaralanıb.
“Yedioth Ahronot” qəzeti İrandan atılan raketin birbaşa bir binaya dəydiyini bildirib. Həmçinin qeyd olunub ki, raket dəydikdən sonra qaz balonu partlayıb və hadisə yerində yanğın baş verib.
İsrail yanğınsöndürmə idarəsi binanın tamamilə uçmaq təhlükəsi ilə üzləşdiyini və içəridə insanların qala biləcəyini açıqlayıb.
İsrail Polis Komissarı Denni Levi mətbuata bildirib ki, İran raketinin birbaşa dəydiyi ərazidə hələ də dörd israilli itkin düşüb və onlar dağıntılar altında qala bilərlər.
Levi bildirib ki, dağıntılar altında qaldığı güman edilən dörd israilli üçün axtarış işləri davam edir.
O, binaya dəyən raket başlığının zərbə zamanı partlamamış ola biləcəyini və mümkün partlayışa qarşı tədbir olaraq yaxınlıqdakı binaların təxliyə edildiyini bildirib.
E.ŞİRİNOV