Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi ABŞ prezidenti Donald Trampın Hörmüz boğazını “yeni ABŞ ərazisi” kimi təsvir edən sosial media paylaşımına reaksiya verərək, Trampın boğazla bağlı “yanlış təsəvvürünün” tezliklə düzəldiləcəyini bildirib.
Tezadlar.az xəbər verir ki, Qəribabadi sosial media hesabında “Trampın Hörmüz boğazı ilə bağlı yanlış təsəvvürü ya tezliklə düzəldiləcək, ya da biz bu xəyalpərəstin yanlış təsəvvürlərini düzəldəcəyik” yazıb.
Tramp Truth Social hesabında Hörmüz boğazını və İranın bəzi hissələrini, eləcə də Fars körfəzini və Oman körfəzini göstərən xəritə paylaşmışdı.
Xəritədə yuxarıda “Yeni ABŞ ərazisi” ifadəsi, Hörmüz boğazı isə dairə ilə işarələnmişdi.
Qəribabadinin açıqlaması, Trampın paylaşımından sonra İranın Hörmüz boğazı ilə bağlı verdiyi sərt açıqlamalardan biridir.
ELBAR