Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Amerikada İranla müharibə ilə bağlı müzakirələr davam edərkən, keçmiş Respublikaçı Konqres üzvü Marjorie Taylor Greene təəccüblü bir xəbərdarlıq edib.
Tezadlar.az xəbər verir ki, Greene İrana qarşı nüvə silahının istifadəsinin ABŞ administrasiyası daxilində gündəmdə olduğunu iddia edərək, belə bir addımın dünyanı böyük bir münaqişəyə və nüvə fəlakətinə sürükləyə biləcəyini bildirib.
NÜVƏ MÜHARİBƏSİ QAPIDAMI?
Keçmiş Respublikaçı Konqres üzvü Marjorie Taylor Greene ABŞ administrasiyasındakı rəsmilərin strateji görüşlərdə İrana qarşı nüvə silahından istifadə ehtimalını müzakirə etdiklərini söyləyib.
Yazılı açıqlamada Greene xatırladıb ki, “nüvə silahları sonuncu dəfə 6 və 9 avqust 1945-ci ildə Xirosima və Naqasakidə istifadə edilib və 110.000 insanın dərhal ölümünə səbəb olub”. Greene nüvə hücumundan sonra Yaponiyada xərçəng nisbətlərinin artdığını və nəsillər boyu anadangəlmə qüsurların yarandığını vurğulayıb.
Teylor Greene deyib: “Əzab o qədər böyük idi ki, bütün bəşəriyyət and içdi: Bir daha heç vaxt.”
“ABŞ İRANDA UŞAQLARI ÖLDÜRÜB”
Keçmiş konqresmen bildirib ki, “ABŞ kəşfiyyatı Trampa və onun administrasiyasına İranın nüvə silahı inkişaf etdirməkdən uzaq olduğunu bildirib. Lakin İsrail on illərdir etdiyi kimi, Trampı “İran nüvə silahına çox yaxındır” deyərək inandırıb”.
Teylor Qrin ABŞ-ı İranda məktəbləri bombalayaraq günahsız uşaqların ölümünə səbəb olmaqda günahlandırıb. Qrin həmçinin qeyd edib ki, İran müharibənin əvvəlindən Hörmüz boğazına nəzarət edir və ABŞ hücumlarına görə Körfəz ölkələrini cəzalandırır.
“İSRAİL ABŞ-I İRAN MƏSƏLƏSİNDƏ ALDADIRDI”
Keçmiş konqresmen Donald Trampın dəfələrlə “Biz müharibəni qazandıq və Hörmüz boğazına nəzarət edirik” ifadələrini xatırladaraq bildirib ki, bu iddialara baxmayaraq, hazırda Amerikada nüvə silahlarının istifadəsi müzakirə olunur.
Trampa xarici müharibələrə qarışmamaq vədini xatırladan Teylor Qrin xəbərdarlıq edib ki, ABŞ bütün dünyanı böyük bir münaqişəyə, iqtisadi böhrana və nüvə fəlakətinə sürükləyə bilər.
“Amerika təhlükədən sığortalanmayıb” deyən Qrin ictimaiyyəti müharibəyə qarşı səslərini qaldırmağa çağırıb və “Nüvə silahlarından istifadə etməyin, bu müharibəni indi dayandırın” mesajını verib.
ELBAR