Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran Səudiyyə Ərəbistanının Yəməndəki “Ənsar Allah” hərəkatına qarşı addımlarına etiraz edib.
Tezadlar.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Ali rəhbəri Müctəba Xameneinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayətinin Səudiyyə Ərəbistanına müraciətində bildirilib.
“Husilərə zərər vermək İslam ümmətinə zərər verməkdir”, – o bildirib.
Vilayətinin fikrincə, Ər-Riyad husilərlə gərginliyi azaldıb ABŞ-nin siyasətindən uzaq durmalıdır.
Xatırladaq ki, husilərin avqustun 9-da Yəmənin Moxa limanına hava hücumu nəticəsində azı yeddi nəfər həlak olub. Bu gün isə onlar Bab əl-Məndəb boğazında gəmiyə hücum ediblər, hadisə nəticəsində 3 heyət üzvü həlak olub.