“İranın regiondakı proksilərini, ballistik raketlərini və nüvə imkanlarını sıradan çıxardıq…”. Tezadlar.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik fəaliyyətinin yekunlarına dair mətbuat konfransında bildirib. Səfirin sözlərinə görə, İranın ballistik raketlərinin 60 faizi məhv edilib. Səfir qeyd edib ki, İsrail Livanda Hizbullaha və Qəzzada HAMAS-a güclü zərbələr endirib.
Amma maraqlıdır kiş məlum müharibədən sonra İran rəhbərliyi İsrail üzərində qələbə çaldığını, ABŞ- ı yerində oturtduğunu bəyan etmişdi.







