Əsas məzmuna keç

İranla müharibənin başa çatması üçün şərt məlum oldu- İNANILMAZ

“İran hakimiyyəti ABŞ-la müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsi üzrə imkanlarını əhəmiyyətli dərəcədə azaltmalıdır”. Tezadlar.az Reuters-ə istinadla xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens “Reuters“ə müsahibəsi zamanı deyib.

“Əgər nüvə silahı istəmirsinizsə, o zaman nə üçün 60 faizə qədər zənginləşdirilmiş yanacağa ehtiyacınız var? Əgər nüvə silahı yaratmaqdan imtina etmək niyyətinizi nümayiş etdirmək istəyirsinizsə, yüksək zənginləşdirilmiş yanacaq istehsal etməyin. Bu, münaqişəyə son qoyulması məsələsində çox mühüm və fundamental məqamdır”, – Vens deyib.

O bildirib ki, ABŞ hələ də razılaşma əldə etməyə açıqdır, lakin Vaşinqton İranın nüvə proqramı sahəsində konkret güzəştlər etməsini tələb edəcək. “Biz sözləri hərəkətlərlə dəyişmək fikrində deyilik”, – vitse-prezident deyib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…