Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran nüvə silahının yaradılması istiqamətində hər cür addım atmağa borcludur, çünki Qərb özünün istehzalı davranışı ilə Tehrana başqa seçim qoymur.
Tezadlar.az xəbər verir ki, bu sözləri İran parlamentinin deputatı Məhəmməd Qasim Osmani deyib.
“Hərbi münaqişədən qaçmaq ağlabatan və məntiqlidir, lakin dünya təkəbbürü bizə başqa yol qoymayıb”, – parlamentari SNN tərəfindən yayımlanan Məclisin iclasında (İran Parlamenti) qeyd edib.
“Əgər zorakılıqla və hədsiz tələblərlə mübarizə aparmaq üçün başqa vasitəmiz yoxdursa, o zaman yeganə yol çəkindirmə vasitəsi kimi nüvə silahının yaradılması istiqamətində sürətli və qarşısıalınmaz hərəkətdir”, – Osmani belə bir addımın Qərbi İranla bərabərhüquqlu danışıqlara məcbur edəcəyini vurğulayıb.
Bundan əvvəl “Reuters” agentliyi İrandakı mənbəyə istinadən xəbər vermişdi ki, İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ prezidenti Donald Trampın hücum təhlükəsi fonunda ölkənin Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığına gətirilməsini əmr edib.
ELBAR