Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 May 2025 / 08:19

İsrail səfirliyinin iki əməkdaşı güllələnərək öldürüldü

Ötən gün ABŞ- da inanılmaz hadisə baş verib. Tezadlar.az “Reuters”ə istinadla bildirir ki, ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem İsrail səfirliyinin iki əməkdaşının  Vaşinqtondakı Yəhudi Muzeyi qarşısında öldürüldüyünü təsdiqləyib. ABC telekanalı da Vaşinqtonda Paytaxt Yəhudi Muzeyi yaxınlığında baş verən atışmada iki nəfərin, o cümlədən İsrail səfirliyinin əməkdaşının öldüyünü açıqlayıb. Sitat: “İsrail səfirliyinin iki əməkdaşı bu gecə (yerli vaxtla – red.) Vaşinqtondakı Yəhudi Muzeyinin qarşısında öldürülüb. Biz fəal şəkildə araşdırırıq və əlavə məlumat əldə etmək üçün çalışırıq”. İsrail mediası da yazır ki, ABŞ- da belə bir hadisənin, özü də İsrail səfirliyinin əməkdaşlarına qarşı baş verməsi şok yaradıb.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!