19 Avqust 2026 / 14:02

İsrailin Qəzzaya hücumlarında ölənlərin sayı 73 min 407-yə çatıb

İsrail ordusunun 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda ölənlərin sayı 73.407-yə çatıb.

Tezadlar.az xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin yazılı açıqlamasında İsrailin Qəzzaya hücumlarında ölənlərin sayı ilə bağlı son məlumatlar paylaşılıb.

Qeyd edilib ki, son 24 saat ərzində Qəzzada həyatını itirən 7 nəfərin cəsədi və 23 yaralı şəxs xəstəxanalara gətirilib.

Qəzzada atəşkəs 10 oktyabr 2025-ci ildə qüvvəyə minəndən bəri İsrail hücumlarında 1273 nəfər həyatını itirib, 4223 nəfər yaralanıb və dağıntılar altından 813 nəfərin cəsədi çıxarılıb.

2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzza zolağına hücumlarında ölənlərin ümumi sayı 73.407-yə çatıb, 174.335 nəfər yaralanıb.

Qəzza zolağında hələ də minlərlə cəsədin dağıntılar altında qaldığı bildirilir.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!