Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İtaliyanın müdafiə naziri Guido Crosetto nüvə müharibəsi təhlükəsi ilə bağlı həyəcan təbili çalıb. O, ABŞ və İran arasındakı qarşıdurmanın nüvə silahlarının istifadəsinə səbəb ola biləcəyinə inanır.
Tezadlar.az bu barədə “Politico”ya istinadən xəbər verir.
İtaliyanın müdafiə naziri bu açıqlamanı Vaşinqtondan Tehrana qarşı artan təhdidlər fonunda verib. “Corriere della Sera” qəzetinə verdiyi müsahibədə Crosetto həmçinin silahlı münaqişələrə son qoymaq üçün nüvə silahından istifadə ilə bağlı narahatlıqlarını ifadə edib.
Nazir xatırladıb ki, tarixdə əvvəllər Xirosima və Naqasakinin nüvə bombardmanlarının müharibəyə son qoymağın məqbul yolu hesab edildiyi hallar olub.
O bildirib ki, bəşəriyyət heç nə öyrənməyib və mövcud münaqişə eskalasiya xətləri boyunca inkişaf edir və hər bir hərəkət daha sərt cavab tələb edir.
E.ŞİRİNOV