Əsas məzmuna keç

KARTOF ISTEHSALIMIZ DA ARTIB, İXRACIMIZ DA

Azərbaycanda təsərrüfatlarda cari ilin yanvar-aprel aylarında 50,3 min ton kartof istehsal olunub.

Statistika Komitəsinin hesabat məlumatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə kartof istehsalı 9,5% artıb.

Eyni zamanda,  yanvar-aprel ayları ərzində ölkəmizdən 3 475,7 min ABŞ dolları dəyərində 7 777,82 ton kartof ixrac olunub.

Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir.

Kartof isracı da ötən ilin eyni dövrü ilə müqayisədə  3 225,38 ton çoxdur.

Qeyd edək ki, təsərrüfatlarda təzə kartof tədarükündən sonra bazarlarda kartofun qiyməti ucuzlaşıb.

Y.MƏMMƏDLİ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…