12 Aprel 2025 / 08:22

Kelloq sözünü geri götürdü: O, Ukraynanın bölünməsindən danışmayıbmış…

Dünya siyasətində çoxfikirlilik və çoxmövqelilik indi təəccüblü deyil. Tramp tezliklə İranın bombalanacağını deyirdi, dünən isə deyib ki, əksinə, o İranın çiçəklənməsini istəyir… İndi də məlum olur ki, sən demə, ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Britaniyanın “The Times” qəzetindəki açıqlaması təhrif edilib. Yəni, o heç vaxt Ukrayna ərazisinin bölünməsini nəzərdə tutmadığını bildirib. Tezadlar.az xatırladır ki, Kelloq  özünün “X” hesabında belə yazıb. Sitat: ““The Times” qəzetinin yaydığı məqalədə dediklərim təhrif edilib. Mən Ukraynanın suverenliyini dəstəkləyən və atəşkəsdən sonrakı orada olacaq sülhməramlı qüvvələrdən danışırdım. Bölünməni haqqında danışarkən müttəfiqlərin məsul olduqları zonalardan danışırdım. Mən Ukraynanı bölmək niyyətində deyildim”.

Təki belə olsun! Hamı bilir ki, böyük siyasətçilərin sözləri həmişə böyüdülür və içindən çoxşaxəli fikirlər çıxarılır…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!