5 Aprel 2026 / 23:45

Keşləni kanalizasiya suları gölə qərq etdi- TƏCİLİ- VİDEOLAR

Bu gün aramsız yağan yağışlar bu dəqiqələrdə Bakının Xətai rayonunun Keşlə qəsəbəsinin M.Ə.Sabir küçəsində sakinlərini çıxılmaz vəziyyətə salıb. Tezadlar.az-ın elektron poçtuna göndərilən videogörüntülər dəhşət saçır. Şikayətçilər yazır ki, bu ərazi yağış yağan kimi oxşar dəhşətləri yaşadır: “…Hazırda kanalizasiya suları evlərə dolmaqdadır, FHN əməkdaşları hadisə yerindədir… Amma sual olunur: niyə ancaq yağış yağanda tədbir görmək, kanalizasiya lüklərini açmaq yada düşür? Bir dəfə subasma olması dərs olmur, nəticə çıxarmağa bəs etmir???”.

Vəziyyət həqiqətən də biabırçıdır.

Əlavə məlumat veriləcək…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!